“Sumqayıt”ın Antalyadakı rəqibləri bəlli oldu

“Sumqayıt”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adlarına aydınlıq gəlib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi yanvarın 12-də Rumıniyanın “Hermanştadt”, yanvarın 16-da isə Özbəkistanın “Soqdiana” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Samir Abasovun başçılıq etdiyi komanda yanvarın 6-dan 17-dək Antalyada hazırlıq keçəcək.