!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt”ın prezidenti "Neftçi"yə baş məşqçi axtarır - Növbəti mövsümün pulu xərclənilib

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, başa çatan mövsümü üçüncü pillədə tamamlayan “Neftçi” baş məşqçi axtarışına çıxaraq Marius Şumuditsaya təklif göndərib. Lakin rumıniyalı mütəxəssis bakılıların bu təklifini rədd edib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın son olaraq “Kayserispor”da çalışan Şumuditsaya təklif göndərməsi heç də təsadüfi deyil. Belə ki, rumıniyalı çalışdırıcı “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə tanış simadır. Şumuditsanı “Neftçi”yə də məhz Rəfiyev məsləhət görüb.

Əslində, bu keçidin baş tutması ikitərəfli problemin həllinə hesablanıbmış. Məsələ burasındadır ki, Kamran Quliyev “Sumqayıt”ın prezidenti olarkən “kimyaçılar”ın baş meneceri Ceyhun Sultanovla birlikdə kıubun növbəti mövsüm üçün nəzərdə tutulan büdcəsini xərcləyiblər. Bu isə AFFA-dan “Sumqayıt”a prezident təyinatı alan Riad Rəfiyevi çətin duruma salıb. Belə olan halda isə “Sumqayıt”da vəzifədə olarkən futbolçulardan transferləri üçün şirinlik alan Quliyevlə Sultanov mövcud problemin həlli üçün səfərbər olublar. Nəzərə alaq ki, yeni baş məşqçinin gətirilməsi həm də Kamran Quliyevgilin yaxşı qazanc əldə etməsi deməkdir.

Onların hamisi olan AFFA-nın baş katibi Elxan Məmmədov da “Sumqayıt”ın növbəti mövsüm üçün nəzərdə tutulan büdcəsinin talan edilməsi durumu qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Qeyd edək ki, Kamran Quliyev bir müddət əvvəl gülməli addımı ilə qınanmışdı. “Neftçi” azarkeşlərinin sosial şəbəkədə keçirdiyi “Tərlan Əhmədov getsin, yoxsa qalsın?” sorğusuna qatılan klub prezidenti “getsin”i seçməklə fərqinə varmadan özünü ifşa etmişdi.

Emin Səfərov

www.yenicag.az

1645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv