Prezident İlham Əliyevin manatın son devalvasiyasından sonra süni qiymət artımı yaradanlara qarşı tədbir görülməsi barədə tapşırıq icra olunmaqdadır.
Ölkə.az-ın məlumatına görə, bu gün Mingəçevir şəhərində unun qiymətini süni şəkildə qaldıran iş adamı Babaxan Bağırov saxlanılıb, topdansatış mərkəzinə isə qıfıl vurulub. Hələlik onun harada saxlanılması barədə heç bir məlumat olmasa da, bildirilir ki, Bağırov barəsində vətəndaşların müraciətlərindən sonra tədbir görülüb. Belə ki, devalvasiyadan öncə 17-19 manata satılan unun bir kisəsi son günlərdə 30-35 manata satılırmış.
Xatırladaq ki, Babaxan Bağırov Mingəçevirdə ən iri un topdansatış obyektlərinin sahibidir.