!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni bahalaşmaya SƏRT ETİRAZ: "Ciddi addımlar atılmalıdır"

!Reklam – Yazi

“İnflyasiyanın yaşanmaması üçün ya süni bahalaşmanın qarşısı alınmalı, ya da monopolistlər bazardan çıxarılmalıdır”.

Bu sözləri ərzaq məhsullarının qiymətinin getdikcə bahalaşmasına münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkəmizdə yerli istehsal olan məhsulların qiymətinin bahalaşması sünidir və buna görə də ciddi addımlar atılmalıdır:

“Dünyada baş verən quraqlıq və ərzaq qıtlığı ilə bağlı əksər məhsulların qiymətində artım olub. Xüsusən də xaricdən gələn məhsulların qiymətinin bahalaşması başadüşüləndir. Lakin bu gün ölkə daxilində yerli istehsal olan məhsulların da qiymətində artım baş verir. Bu, süni bahalaşmadır. Yəni monopolist sistemlərin əməyinin nəticəsidir. Onlar istədikləri vaxt istənilən məhsulun qiymətini qaldırırlar. Xammalı ölkə daxilində istehsal olunan şirkətlər də bütün məhsullarını bahalaşdırır, halbuki işçi qüvvəsi ölkədəndir, yanacaq və vergilər də artmayıb. Yəni şirkət iqtisadi əsası olmadan vəziyyətdən sui-istifadə edərək xalqı talayır. Təəssüf ki, bu vəziyyətin qarşısı hökumət tərəfindən alınmır. Əvvəl yaranan monopoliya sonradan bazar iqtisadiyyatı adı altında monopolistlər tərəfindən istənilən qiymətə satılır. Bazarda alternativ olmadığına görə monopolistlər bazarda istədikləri kimi davranırlar. Xırda yerli istehsalçılar isə demək olar ki, sıradan çıxıblar.

Bu gün gündəlik tələbat məhsullarında 50-100 faiz arası bahalaşma müşahidə olunur. Bu, dəhşətli vəziyyətdir. Məhsulun bir neçə ay ərzində 100 faiz bahalaşmasının əsaslı səbəbləri isə göstərilmir. Bu mövsüm meyvə-tərəvəzlərin qiyməti də yüksəkdir. İnflyasiyanın yaşanmaması üçün ya süni bahalaşmanın qarşısı alınmalı, ya da monopolistlər bazardan çıxarılmalıdır. İri şirkətlər ölkənin rentabelli aqrar sektorunu ələ keçiriblər. Bu şirkətlər seperat sövdələşmə nəticəsində istədikləri qiyməti müəyyənləşdirirlər. Bu vəziyyətin qarşısı alınmalıdır. Digər tərəfdən, yerli istehsal dəstəklənməlidir. Kiçik sahibkarlar və fermerlərə ayrılan subsidiyalar artırılmalı, maneələr aradan qaldırılmalıdır. Eyni zamanda maaş və təqaüdlər mütləq şəkildə azı iki dəfə artırılmalıdır. Əks halda əhalinin sosial vəziyyəti getdikcə ağırlaşacaq. İndiki halda görünən odur ki, bahalaşma davam edəcək”.

Gülşən Şərif

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv