Süni göldə batan şəxsin meyiti sudan çıxarıldı

Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyiti aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.