!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intelekt istehsalı üzrə lider ölkələr hansılardır? - SİYAHİ

!Reklam – Yazi

Son 50-60 ildə tədqiqatçılar musiqi bəstələyən və şəkil çəkən, diaqnoz qoyan, cərrahi əməliyyatlar həyata keçirən və ya ev təmizliyi ilə məşğul olan insanabənzər robotlar, maşın tərcüməsi və səsin tanınması proqramları, sürücüsüz avtomobillər kimi 340 min ixtiraya patent almaq üçün sifariş veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının süni intellektin inkişafına həsr edilmiş ilk hesabatında deyilir. Bildirilir ki, süni intellektlə bağlı bütün ixtiraların 50 faizdən çoxu 2013-cü ildən sonra patentləşdirilib.

Hazırda süni intellekt texnologiyaları üzrə ən böyük patent portfeli (8290 ixtira) ABŞ-ın “International Business Machines” (IBM) şirkətinə məxsusdur. İkinci yeri tutan ABŞ-ın “Microsoft” korporasiyasının aktivində 5930 ixtira var. İlk beşlikdə Yaponiyanın “Toshiba”, Koreya Respublikasının “Samsung” və Yaponiyanın “NEC” korporasiyaları qərarlaşıb.

Süni intellekt sahəsində hazırlamalar üçün patentlərin alınması tempinə görə liderlik edən 20 elmi təşkilatdan 17-si Çinin payına düşür.

Ekspertlərə görə, son zamanlar robot texnikasında süni intellektdən istifadə üzrə patent sifarişlərinin sayı artıb./AZƏRTAC/

www.yenicag.az

1839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv