Süni intellekt Strategiyasının hədəfləri açıqlandı

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 4 hədəf nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bunlar, aşağıdakılardır:

– ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;

– süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;

– süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;

– cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.