“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz” – Siyavuş Novruzov

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi çoxdandır Milli Məclisə təqdim olunub”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, bizim milli mentalitetə uyğun qanun layihəsi deyil: “Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Əgər biz ona hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxsaq, mən teoloji tərəfdən baxıram. Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu burada müzakirə etməyin heç bir yeri yoxdur. Başqa ölkələrdə bunu edirlərsə, etsinlər. Rusiyada görürsən ki, bir adam 40 uşaq dünyaya gətirir. Ona görə də bunu Azərbaycana tətbiq etməyin”.

COP29