Süni tənəffüs aparatları ilə bağlı VƏZİYYƏT

“Bizdə klinikalarda oksigen aparatı bağlı vəziyyət tam sabitdir”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Teymur Musayev deyib. O bildirib ki, klinikaların balansında istər oksigen, istərsə də ən müasir dərmanlar var:

“Bilirsiz ki, Prezident tərəfindən qısa müddətdə kifayət qədər süni tənəffüs aparatları ölkəyə gətirilib. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur”.