!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni zəka, 27 il bundan öncə itmiş uşağı tapdı

!Reklam – Yazi

Üz tanıma texnologiyasından istifadə edən “Baidu” şirkəti, 33 yaşlı Çin sakininə öz ailəsini tapmaqda kömək edib.

Bu barədə Yeniçağ.Az “Technote.az”-a istinadən məlumat verir.

Alqoritm, üz cizgilərini 99% dəqiqliklə qarşılaşdırır və itmiş uşaqların tapılması məsələsində yeni həll üsulu təklif edir.

1990-cu ildə 6 yaşlı Fu Gui, məktəbdən evə qayıtmalı idi. Lakin onu oğurlamışdılar. Öz uşaqlıq illərini Gui, yad ailədə keçirtmiş və öz adı ilə doğulduğu yeri xatırlamamışdı. 2009-cu ildə o öz uşaqlıq fotosunu Baobeihuijia adlı saytda paylaşmışdı. Bu sayt xeyriyyəçilik ilə məşğul olan təşkilat tərəfindən yaradılıb və əsas məqsədi, vaxtı ikən itmiş uşaqların öz ailələrini tapmaqdır.

Bu ilin Yanvar ayında isə Gui-nin digər bir uşaqlıq fotosunu onun əsl atası Fu Guanfa paylaşmışdı. Hər iki fotonun çəkildikləri zaman intervalları fərqli idi. Fu Gui-nin paylaşdığı fotoda onun 10 yaşı, atasının paylaşdığı fotoda isə 4 yaşı var idi. Yaş fərqinin olmasına baxmayaraq “Baidu”nun üz tanıma texnologiyası, uyğunluğu qarşılaşdırıb.

Şirkət tərəfindən hazırlanmış alqoritm, itmiş və ya oğurlanmış bütün uşaqların fotolarını saytda olan fotolarla qarşılaşdırır. Fu Gui, “Baidu”dan fotoya və təsvirə uyğun variantları əldə edib. DNT testi isə onun bioloji valideynlərinin kimlərin olduğunu dəqiqliklə təsdiqləyib.

Yeniçağ.Az

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv