!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sunqurçular” ölkədən qovuldu

!Reklam – Yazi

deport_arrest_200215-300x225Azərbaycanda “nurçu”luğu təbliğ etməkdə şübhəli bilinən Türkiyə vətəndaşları ölkədən deportasiya olunublar.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşları Sunkur Nurulla və Şenol Miktat hər biri İnzibati Xətalar Məcəlləsinin 300.04-cü (dini etiqad azadlığı haqqında qanunu pozma) maddəsinə əsasən, 2 min manat məbləğində cərimələnib. Məhkəmə onların ölkədən deportasiya olunmaları barədə də qərar qəbul edib və qərar icra olunub. Bundan əlavə, 5 nəfər Azərbaycan vətəndaşının hər birinə 1500 manat məbləğində cərimə təyin edilib.

Qeyd edək ki, sentyabrın 21-də Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonun 85 nəfərin saxlanması barədə məlum yayıb. Məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb(APA).

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv