Super Liqada mövsüm başa çatır – Qızıl medal uğrunda mübarizə

Bu dün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümü başa çatacaq.
Yeniçağ.Az-ın məlumatına görə, çempionatın son oyun günündə 2 görüş keçiriləcək. İlk oyun “Lokomotiv”-“Telekom” klubları arasında baş tutacaq. “Rabitəçilər” istənilən hesablı qələbə sayəsində çempionluqlarını rəsmiləşdirəcəklər. Bu oyunda qeydə alınacaq hesab “Azəryol” – “Azərreyl” matçına da təsir edəcək.
Çünki “Telekom” qalib gəldikdən sonra matçın hansısa əhəmiyyəti qalmayacaq. “Dəmiryolçular” gümüş, rəqibləri bürünclə kifayətlənəcəklər. Əgər “Lokomotiv” qələbə qazanarsa “Azərreyl” bunun sayəsində yerini qoruyacaq. 27 mart 16:00. “Lokomotiv” – “Telekom” “Azərreyl” Voleybol Bazası 18:00. “Azərreyl” – “Azəryol” “Azərreyl” Voleybol Bazası
Yeniçağ.Az