Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Yenicag.az xəbər verir ki, “timsahlar” Samet Aybaba ilə anlaşıb.
Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Aybaba son olaraq Super Liqada “Sivasspor”u çalışdırıb.
Xatırladaq ki, “Bursaspor” başa çatan mövsümü 13-cü pillədə başa vurub.