Super Liqaya geri döndülər

Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək iki klubun adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, PTT 1-ci Liqada mübarizə aparan “Çaykur Rizespor” və “Ankaragücü” sona bir tur qalmış Super Liqaya yüksəlməyi rəsmiləşdiriblər.

Rizə təmsilçisi çempion olaraq, ankaralılar isə ikinciliyi qarantiləyərək bunu bacarıblar.

Qeyd edək ki, rizəlilər bir mövsümlük, Ankara təmsilçisi isə 6 illik fasilədən sonra əsas liqaya qayıdıb.

COP29