!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Supergüclərin SAVAŞ OYUNU: "Bu, dövrümüzün yeni müharibə formatıdır" - RƏY

Reklam: High Technic

“Güclü dövlətlər bir-birləri ilə açıq qarşıdurmaya getmək istəmədikləri üçün özlərinə qurban seçirlər”.

Bu sözləri son zamanlar beynəlxalq aləmdə baş verən gərginliklərin kökündə duran amilləri dəyərləndirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, güclü dövlətlər açıq şəkildə müharibənin baş verməsi tərəfdarı deyillər və buna görə də gücsüz dövlətlərdən qurban kimi istifadə edirlər:

“Müharibələr istənilən dövrdə resurslar uğrunda mübarizə və ya resurslar qıtlığı səbəbindən yaşanır. Bu baxımdan, birmənalı şəkildə iddia etmək olar ki, hər bir böhrandan sonra müharibələr olur. COVID-19 böhranından sonra da belə bir ehtimal var. İş yerlərinin bağlanması, turizmin zəifləməsi, biznes qabiliyyətinin aşağı düşməsi, büdcədə vaksinasiya və profilaktika məqsədilə ayrılmalar iqtisadi vəziyyəti ağırlaşdırıb. Dövlətlər arasında münasibətlər kəskinləşir. Güclü dövlətlər bir-birləri ilə açıq qarşıdurmaya getmək istəmədikləri üçün özlərinə qurban seçirlər.

Əvvəlki dövrlərdən fərqli olaraq artıq genişmiqyaslı hərbi əməliyyatların olması gözlənilmir. XXI əsr daha çox yumşaq güc müharibəsi əsridir. Silah gücüylə deyil, iqtisadi sanksiyalar, embarqolar, media və digər vasitələrlə təzyiq mexanizmləri təmin olunur. Qurban dövlətlərin güclü dövlətlər qarşısında əzdirilməsi fonunda supergüclərə qarşı hüquqi prinsiplər bəhanə gətirilərək mübarizəyə başlanılır. Rəngli inqilablar, Yaxın Şərqdə, Ukraynada, Gürcüstanda və s. baş verən müharibələr, dünyada terror yuvalarının sayının artırılması bu qəbildəndir. Bu isə dövrümüzün yeni müharibə formatıdır ki, pandemiyanın gətirdiyi iqtisadi deqradasiya bu tendensiyanı körükləyir”.

Gülşən Şərif

www.yenicag.az

314
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100