!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Supermarket hiylələri – VİDEO

!Reklam – Yazi

photo_49446Sizin aldığınız malların sayı mağazada səsləndirilən musiqinin tempindən asılıdır. Mütəxəsisslər apardıqları araşdırma nəticəsində belə qənaətə gəıiblər. Məlum olub ki, ritmik, şən musiqilərin sədaları altında alıcılar şöbələrin arasından ətrafa baxmadan sürətlə keçirlər. Həzin musiqi olduqda isə hər şöbədə ayaq saxlayır, mallara baxır və istər istəməz onu səbətlərinə əlavə edirlər.

Mağazadan gələn xoş şirniyyat ətirləri də alıcıları aldatmağın bir yoludur. Təzə bişmiş çörək ətri və ya peçenye qoxusu duyan şəxs onları almadan mağazadan çıxmır. Xüsusilə də ac olduğu zamanlarda.

Gündəlik lazım olan çörək, süd, pendir kimi qidalar həmişə mağazalarda ən sonda yerləşdirilir. Bununla da alıcının supermarketdə daha çox gəzməsi və daha çox alış veriş etməsi üçün şərait yaradılır.

Təbii ki, mağzalarda ərzaqlar, mallar yerləşdirilən zaman azyaşlı müştərilər də nəzərə alınır. Rəngarəg şirniyyatlar, uşaqların marağına səbəb olacaq əşyalar həmişə aşağı rəflərdə yerləşdirilir. Səbəb isə balacanın həmin məhsulu götürməsi və valideynin məcburiyyət qarşısında qalıb onu almasıdı.

Alış-veriş arabalarının və səbətlərinin böyük olması da səbəbsiz deyil. Araba və səbət böyük olduğu üçün alıcı daha çox mal alaraq onu doldurmaq istəyir(Atv).

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv