Reklam

Reklam

photo_50111ABŞ-ın Texas ştatında ticarət mərkəzinin ərazisinə soxulan nəhəng timsah alıcılara qorxu dolu anlar yaşadıb.

Şuqerlenddə fəaliyyət göstərən supermarketin yaxınlığında aşkarlanan yırtıcı çətinliklə zərərsizləşdirilib.

Xoşbəxtlikdən ac timsah ticarət mərkəzinə daxil ola bilməyib. Həyətdə nəhəng yırtıcının süründüyünü görən işçilər müştərilər timsahın olduğu yerdən uzaqlaşdırılblar. Uzunluğu 4 metrə çatan timsahı ram etmək üçün əraziyə polislər və heyvanxana işçiləri cəlb olunub. Uzun müddət qəzəbli yırtıcıya yaxınlaşa bilməyən işçilər, onu yoraraq yaxalaya bilib. Qolları, ağzı parça ilə bağlanan timsah daha sonra ərazidən uzaqlaşdırılıb.

362 kiloqram ağırlığı olan timsahın 50 yaşında olduğu bildirilir. Onun ticarət mərkəzinə necə gəlib çıxdığı isə məlum deyil. Timsahın yenidən sakinlərin həyatını təhlükəyə atmaması üçün işçilər onu şəhər mərkəzindən 28 kilometr aralıda vəhşi təbiətin qoynuna buraxıb(Atv).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 111
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."