Supermarketə silahlı hücum: YARALANAN VAR – FOTO,VİDEO

Fransada supermarketə silahlı hücum olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Fransanın Od departamentində baş verib. Belə ki, ilkin məlumata görə, silahlı şəxs insanları girov götürüb. Onun İŞİD üzvü olduğu ehtimal edilir. Terrorçunun açdığı atəş nəticəsində təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb.

Hadisə yerinə aidiyyati qurumlar cəlb edilib.