Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.
Yenicag.az xəbər verir ki, hadisə 26-cı məhəllə ərazisində baş verib.
Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /report.az/