!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süpürgəçilərə paylanılan jiletlər: Çarəsizlik, yoxsa...?

!Reklam – Yazi

Ötən gün Bakıda təmizlik işləri aparan şəxslərə xüsusi geyim formaları paylanılıb.

Yenicag.az xəbər verir ki, jiletlər DİN rəhbərliyinin sifarişi ilə magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxsləri avtomobil qəzalarından qorumaq məqsədilə hazırlanıb.

Geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcılar sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısını almaq üçün nəzərdə tutulub.
Bu xəbər yayıldıqdan sonra məsələyə reaksiya heç də birmənalı olmadı. Çoxları belə fikirləşir ki, bu jiletlər küçədə təmizlik işləri aparan şəxslərin həyatını sığortalamaq üçün ideal vasitə deyil.

Saytımıza açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da bu fikirdədir. Onun sözlərinə görə, yüksək sürətə icazə verilən yollarda insan əməyindən istifadə olunmamalıdır:

“Bu adi sintetikdən hazırlanmış işıqqaytarıcı materialdır. Qanunda var ki, yolun hərəkət hissəsində iş görən hər kəsin əynində işıqqaytarıcı geyimlər olmalıdır. Yaxşı olar ki, bu element onların əmək alətlərində də olsun. Jiletlərin paylanılmasında əsas məqsəd odur ki, işçi yolda olarkən sürücü onu uzaqdan görə bilsin”.

Xarici ölkələrdə küçə təmizləyən avtomobillərə rast gəlirik. Bəs, bizdə niyə bu avadanlıqdan istifadə olunmur?

Eskpertin sözlərinə görə, bu texnikaların sayı bizdə elə də çox deyil:

“Bu texnikaların sayı ya bizdə azdır, ya da onlardan səmərəli istifadə olunmur. İstifadə ilə bağlı problem varsa, bunu aradan qaldırmaq, ya da maşınların sayını çoxaltmaq lazımdır. Dünyanın hər yerində yüksək sürət olan yolda insan əməyindən istifadə olunmur. Çünki bu insan həyatı üçün çox təhlükəlidir. Yüksək sürət olan yollar texnika vasitəsi ilə təmizlənməlidir. Bu məsələni keçən il də qaldırmışdıq”.

Qeyd edək ki, mart ayının sonlarına yaxın yüksəksurətli yolda iş başında olarkən Cəmilə Salahova adlı süpürgəçinin “KamAz” markalı yük maşını tərəfindən vurulması nəticəsində həlak olması ciddi rezonans doğurmuşdu.

Emin Səfərov

www.yenicag.az

2270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv