Şura Katibliyinin əməkdaşları üçün təlim keçirildi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşları üçün təlim təşkil edilib.

Yenicag.az xəbər verir ki, Lənkəranda keçirilən təlimdə “Layihə idarəedilməsi qaydaları və icraya nəzarət”, “QHT layihələrinin maliyyə hesabatının aparılması üçün metodiki göstərişlər”, “E-idarəetmə və e-hasabat proqramlarının istifadə qaydaları”, “Layihə nəticələrinin qiymətləndirilməsi,” “İşgüzar etika və danışıq aparma bacarıqları” və digər mövzular ətraflı müzakirə edilib.

İnteraktiv formada təşkil olunan təlimdə qrup işləri icra olunub və təqdimatlar həyata keçirilib.