!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şura nümayəndəsi İqtisadi Forumda çıxış edəcək

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli “28-ci İqtisadi Forumda” iştirak etmək üçün Polşada səfərdədir.

Yenicag.az xəbər verir ki, forumda Avropa üçün aktual olan iqtisadi, sosial və siyasi problemlər müzakirə ediləcək. T. Məmmədli Forumun Avropanın həyatında Azərbaycanın rolu və Avropa Birliyinin Şərq tərəfdaşlığının regional əməkdaşlığa verəcəyi töhfələrlə bağlı panelində çıxış edəcək.

Forumda müxtəlif dövlətlərin prezidentləri, nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri, media qurumlarının və özəl sektorun nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, 1991-ci ildən Polşada keçirilməyə başlayan Krinisa Forumu fikir mübadiləsi aparmaq üçün zəruri bir platformadır.

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv