Şura QHT-lər arasında atıcılıq üzrə çempionat keçirəcək

qht-shurasiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək. Çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq 30 aprel 2016-cı ilədək [email protected] elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.
Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.