Şura “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi edir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir: 1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları. 2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması. 3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.

Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:

1-ci yer – 1200 (min iki yüz) manat 2-ci yer- 800 (səkkiz yüz) manat 3-cü yer – 500 (beş yüz) manat

Müsabiqənin şərtləri:

Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır; • Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır; • Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır; • Yazılar Azərbaycan dilində yayımlanmalıdır; • Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.

Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr – 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.

5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.

15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.

Əlavə məlumatlar:

Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq [email protected]. e-poçtuna göndərilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).

Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 20 noyabr 2019-cu ilə kimi layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar./Movqe/

COP29