!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şura üzvlüyünə keçirilən seçki başa çatıb

!Reklam – Yazi

d9ed001b-abad-4d35-a060-1c0f3c1c88a5Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə seçki keçirilib.

İclasa açıq səsvermə ilə Müşviq Ələsgərli sədr, Mətanət Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Müşviq Ələsgərli bildirib ki, iclasda qeydə alınmış 59 QHT nümayəndəsindən 49-u iştirak edir.

Şura üzvlüyünə namizədlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Arzu Vəlibəyova və “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyinin İdarə Heyətinin üzvü Tehran Əbilova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Rəna Mirzəzadə (43 səs), Nərgiz Eyvazova (25 səs) və Arzu Vəlibəyova (7 səs) olub.

Qeyd edək ki, sabah “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçkilər keçiriləcək.

 

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv