Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şuranın qaynar xətti fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1672 nömrəli qaynar xətti fəaliyyətə başlayıb. Qaynar xəttə sabit şəbəkə telefonlarından və mobil operatorlardan zəng etmək mümkündür.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Şura həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şaffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq məqsədi ilə QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün daxili nəzarət və qiymətləndirmə xidməti yaradıb.

Şuraya şikayət ünvanlayan bütün şəxslərin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qorunacaq. Bütün şikayət və təkliflər Şuranın müvafiq xidmətinin məsul şəxsi tərəfindən araşdırılaraq rəhbərliyə məruzə ediləcək və müvafiq qərarlar qəbul olunacaq. QHT-lər hüquqpozma halları ilə bağlı təklif və şikayətlərini qaynar xəttlə yanaşı Şuranın www.e-qht.az və www.cssn.gov.az saytlarındakı elektron müraciət bölməsinə də göndərə bilərlər.

Şuranın daxili nəzarət və qiymətləndirmə üzrə əlaqələndiricisi Nədimə Rəhimlidir. Email: [email protected]; (+994) 77 497 15 91

Yeniçağ.az

Loading...

www.yenicag.az

550
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100