Suraxanıda 2 otaqlı mənzil yandı

Bakı şəhərinin Suraxanı rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında ümumi sahəsi 47 m² olan 2 otaqlı mənzilin 1 otağında tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, nənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.