Suraxanıda ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin bir otağında və eyvanında 5 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.