Bakıda gənc oğlan itkin düşüb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Rayonun Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi ev 20-də yaşayan 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu ərizə ilə polisə müraciət edərək bildirib ki, noyabrın 21-də oğlu Şükürlü Cahangir Cavanşir oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır./Trend/