Suraxanıda obyektin vitrini yandı

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin (hər birinin sahəsi 400 m², 1-ci mərtəbəsi market, mansardası çayxana) mansardında lambirindən ibarət tavan 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrin 5 m² sahədə yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.