Suraxanıda yanğın – Xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 kv.m olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.