Surət Hüseynovun məzarının görüntüsü – FOTO – YENİLƏNDİ

Sabiq baş nazir Surət Hüseynov Gəncədə dəfn olunub.

Xəbər verdiyimiz kimi, o, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

***

13:26

Sabiq baş nazir Surət Hüseynov Gəncədə dəfn edilib.

Yenicag.az xəbər verir ki, o, “Yeni Səbiskar” qəbiristanlığında valideynlərinin məzarının yanında dəfn olunub.

***

12:29

Gəncədə sabiq baş nazir Surət Hüseynovla vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, mərasimdə onun yaxınları iştirak edir.

Surət Hüseynov İsmət Qayıbov küçəsindəki evinə gətirilib və yaxın saatlarda Gəncədə 4 saylı qəbiristanlıqda ata-anasının məzarı yanında torpağa tapşırılacaq.