Surət Hüseynovun dəfn ediləcəyi yer bəlli oldu

Xəbər verdiyimiz kimi, sabiq baş nazir Surət Hüseynov bu gün İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Yenicag.az xəbər verir ki, S. Hüseynovun dəfn edəcəyi yer də məlum olub. Belə ki, sabiq Baş nazir Gəncə şəhərində atasının dəfn olunduğu məzarlıqda onun yanında dəfn olunacaq.

Qeyd edək ki, o, 1959-cu ildə Gəncə şəhərində anadan olub./Unikal/