Mütəxəssislərə görə korporativ xərclərlə yanaşı, şəxsi buluddan istifadə də artıb. Birinci rübdə bulud xərclərinin 65 faizinə bazarın üç aparıcı şirkəti olan “Amazon”, “Microsoft” və “Google” rəhbərlik edib. Dünyada yalnız korporativ şirkətlərin bulud xərclərinin 53 milyard dollara çatdığı bildirilir.
Yenicag.az xəbər verir ki, “Synergy Research Group”un hesabatına əsasən bulud bazarı dünyada sürətlə böyüyür. Bazarda ümumi artım isə 34 faizdir. ABŞ-nin “Amazon AWS“, “Microsoft Azure” və “Google Cloud” şirkətləri isə bazarın üç əsas şirkəti hesab olunur.
2022-ci ilin birinci rübündə “Amazon”un bazar payı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz səviyyəsində sabit qalıb. “Microsoft” 2 faiz artımla bazar payını 22 faizə çatdırıb. “Google”un bazar payı isə 10 faiz təşkil edib. Hesabatda qeyd olunub ki, bu üç şirkət birinci rübdə 53 milyard dollarlıq korporativ bulud xərclərinin 65 faizinə nəzarət edib.
“Microsoft”un baş direktoru Levent Özbilgin ildirib ki, bulud hesablamaları artıq bir İT investisiyası deyil, əsas ehtiyaclar sırasındadır. Bir çox müəssisə öz infrastrukturunu çoxlu və paylanmış buludlara köçürür.
“Flexera”nın Buludun Vəziyyəti Hesabatı göstərir ki, müəssisələrin 92 faizi çoxlu buluddan istifadə edir, 82 faizində isə hibrid bulud strategiyası var.
Gülşən Şərif