Rusiyanın Sankt-Peterburq şəhərində “Mercedes-Benz” markalı maşın dayanacağa çırpılıb. İki nəfər xəsarət alıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan biri beyin travması keçirib.
Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücünün xəsarət alıb-almadığı məlum deyil.