Sürixə uçan təyyarəni ildırım vurdu

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsini uçuş zamanı ildırım vurub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən Kopenhagendən Sürixə uçan təyyarə hava limanına qayıtmalı olub.

Təyyarənin təhlükəsiz eniş etdiyi qeyd edilir. Sərnişinlərdən heç biri xəsarət almayıb.