!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya "düyünü"... - Tehran görüşü də ümidləri doğrultmadı

!Reklam – Yazi

Ötən həftəsonu Tehranda Türkiyə, Rusiya və ev sahibi İranın iştirakı ilə Suriya probleminə aid növbəti danışıqlar raundu baş tutdu. Xatırladaq ki, indiyədək anoloji görüşlər Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmişdi.

Tehran görüşünün nəticələrini Yenicag.az-a şərh edən siyasi icmalçı Azər Həsrət bildirdi ki, nəticə barədə danışmaq hələ çox tezdir:

“Bu cür münaqişələr zamanı danışıqların imitasiya xarakterli olduğuna öyrəşmişik. Yəni münaqişə tərəfləri bir araya gətirilərək, üçüncü tərəfin iştirakı ilə münaqişənin həlli istiqamətində yollar axtarılır. Amma bəlli olduğu kimi bütün bu hallarda hələlik, Suriya böhranının həlli barədə konkret nəticələrdən danışmağımız tezdir. Tehrandan öncə tərəflərin iştirakı ilə Astanada danışıqlar aparılıb. Hansı ki, o danışıqlar da faktiki olaraq görüntüdən başqa bir şeyə yaramadı. Ortada heç bir real nəticə yoxdur. İndi Tehranda bu cür danışıqların baş tutması əlbəttə ki, özlüyündə müsbət hadisədir.

Amma onun real nəticəsinin olacağı barədə hələlik, danışa bilmərik. Çünki Suriya elə bir hala gətirilib ki, onun dirçəldilməsi, özünə gəlməsi, qarşı-qarşıya duran tərəflərin bir-birilə dil tapması, ümumiyyətlə, prosesə üçüncü tərəfin müdaxiləsinin qarşısının alınması müşkül məsələyə çevrilib. Bəzən belə təqdim olunur ki, Suriyada hansısa iki tərəf qarşı-qarşıyadır. Amma əslində, burada iki deyil, çox tərəflərdən söhbət gedir. Ən vacibi və ağrılısı da ondan ibarətdir ki, bu tərəfləri bir-birinə qarşı qoyan qüvvələr var. Problemin kökü bundadır. Ona görə də Tehran görüşünün qısa zamanda Suriya üçün töhfə verəcəyini indidən proqnozlaşdırmaq çətindir”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv