!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya erməniləri Dağlıq Qarabağda yerləşdirilir

!Reklam – Yazi

109382_res_01BBC Suriyadan qaçqın düşən ermənilərin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, Ermənistan minlərlə Suriya ermənisinə sığınacaq verib,BMT Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, Suriya münaqişəsi başlayandan 15 min suriyalı erməni Ermənistanda köçüb.

Məqalədə münaqişədən əvvəl Suriyada yaşayan etnik ermənilərin sayının 100 000 nəfər olduğu, onlardan 60 mininin Hələbdə yaşadığı qeyd olunur: “Suriya qaçqınlarının Ermənistana axını 2012-ci ildə başlayıb. Həmin vaxt 6,5 min qaçqın Ermənistana köçüb. 2013-cü ildə isə bu rəqəm 11 min olub. 2015-ci ildə 15 minə çatıb”.

Məqalədə Azərbaycanın ərazi bütövlüyü də şübhə altına alınaraq, Dağlıq Qarabağ Ermənistan anklavı kimi təqdim edilib.

“Ermənistan şəhərlərində yerləşdirilməyən Suriya erməniləri Ermənistanın Azərbaycanda olan mübahisəli Dağlıq Qarabağ anklavında məskunlaşdırılıb”, – deyə məqalədə qeyd olunur.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv