Əsəd rejiminin süqutundan bu yana Suriya Mərkəzi Bankının anbarında təxminən 26 tona yaxın qızıl saxlanılıb. Bu, 2011-ci ildə vətəndaş müharibəsinin əvvəlində olduğu qədərdir.
Yenicag.az xəbər verir ki, bu barədə “Röyters” dörd mənbəyə istinadla məlumat yayıb.
Dünya Qızıl Şurası da 2011-ci ilin iyun ayında Suriyanın qızıl ehtiyatlarının 25,8 ton olduğunu bildirib.
Mənbələrdən biri isə bildirib ki, hazırda Suriyanın nağd valyuta ehtiyatları azdır:
“Suriya Mərkəzi Bankının valyuta ehtiyatları nağd şəkildə cəmi 200 milyon dollar təşkil edir”./axar.az