!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya müharibəsində BÖYÜK SSENARİ: “Bəşər Əsədi devirmək istəyirlər”

!Reklam – Yazi

“İsrailin “Hizbullah”la müharibəni dayandırmasından sonra Suriya məsələsi gündəmə gəldi”.

Bu sözləri Suriyada hökumət qüvvələri ilə müxalif qüvvələr arasında toqquşmaların başlamasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, ABŞ-nin məqsədi Rusiyanı Suriyadan çıxarmaqdır:

“Son zamanlar Suriyada vəziyyət kökündən dəyişdi. Suriya prezidenti Bəşər Əsəd yaxın zamanda vəziyyətin kəskinləşməsi ilə əlaqədar Rusiyaya səfər etdi. Türkiyə təhlükəsizlik zonasını 30 km-ə qədər artırılması barədə də bəyanat verdi. Türkiyə bilir ki, Ankaradakı terror aktını Suriyadan gələn terrorçular həyata keçirib”.

“ABŞ müxalif qüvvələrə hərbi və maliyyə yardımı edir. Müxalif qüvvələr Suriya hökumətinin hərbi bazalarına və onların nəzarət etdiyi bölgələrə hücumlar həyata keçirir. Bundan əlavə, Suriyada İranın da qüvvələri var. Rusiya aviasiya vasitəsi ilə müxalif qüvvələrə zərbələr endirir. Rusiyanın isə Suriyada böyük hərbi bazaları var. Bundan əlavə, “Vaqner”in də Suriyada qüvvələri mövcuddur. Lakin nədənsə İran susqun davranır”.

“İsrailin “Hizbullah”la müharibəni dayandırmasından sonra Suriya məsələsi gündəmə gəldi. Görünən odur ki, Suriyanı tam şəkildə Rusiyanın əlindən almaq, bundan əlavə, Bəşər Əsədi devirmək istəyirlər. Bu Suriyanın parçalanması ilə də nəticələnə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv