Suriya müharibəsinin qalibi: Silah şirkətləri – Siyahı

Suriyada 6 ildir davam edən vətəndaş müharibəsində tərəflərə silah satan şirkətlər öz gəlirlərini fantastik surətdə artırıblar.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yüz minlərlə insan həlak olması və yaralanmasına, milyonlarla insanın ölkələrindən qaçqın düşməsinə səbəb olmuş Suriyadakı vətəndaş müharibəsinin silah şirkətlərinə qazandırdığı pulların miqdarı heyrət doğurur.

Məlumata görə, bölgəyə silah ixrac edən əsas 5 şirkət – “Lockheed Martin”, “Northrop Grumman”, “Raytheon”, “Boeing” və “General Dynamics”-in gəlirləri 6 ildə 120 faiz artaraq ümumilikdə 330 milyard dollara yüksəlib.
Bu şirkətlərin gəlirlərinin artım göstəricisinə görə sıralanması aşağıdakı cədvəldə əks olunub.

Yeniçağ.Az