Suriya müxalifəti ABŞ-ın yalanını çıxartdı – Mövzu: YPG

Suriya müxalifətinə yaxınlığı ilə tanınan Suriya İnsan Hüquqları Müşahidə Evindən verilən açıqlamaya görə, Suriya ordusu YPG-ni bombalamayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin Suriya ordusuna aid təyyarəni vurduğu bildirilmişdi, daha sonra isə Suriya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləmişdi. ABŞ, Suriyaya aid qırıcı təyyarənin vurulmasına səbəb kimi rejim qüvvələrinin PKK-nın Suriya qolu olan YPG-ni bombalamasını göstərmişdi. Lakin bu məlumatın yanlış olduğu iddia edilirdi.

Müxalifət yönümlü olması ilə tanınan Suriya İnsan Hüquqları Müşahidə Evi mötəbər mənbələrindən aldığı məlumatlara əsasən, bu iddianın doğru olduğunu təsdiqləyib.

Yenicag.az