Suriyanın hökumət qoşunları və müttəfiq qüvvələri Deyr-əz-Zor şəhərinin Mariiya və Xuveycat rayonlarını İŞİD-dən azad ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə şəhərin azad olunması qərargahından məlumat verilib.
Məlumatda qeyd olunur ki, terrorçular Mayədin şəhəri tərəfə qaçıb, digər hissəsi isə Fərat keçərək Deyr-əz-Zor şəhərinin şimal hissəsində gizlənib.