Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suriya ordusu genişmiqyaslı hücuma başladı-Video

112764_res_01Suriya ordusu cümə axşamı günü genişmiqyaslı hücuma başlayıb.

BBC-nin məlumatına görə, bu barədə Suriya baş qərargahının rəisi general-leytenant Abdulla Əyub xəbər verib.

Hərbi əməliyyatın məqsədi terrorizmdən zərər çəkmiş rayon və şəhərlərin azad edilməsidir.

A.Əyub əlavə edib ki, Suriya ordusunun hücumu Rusiya Hava-kosmik qüvvələrinin İŞİD yaraqlılarına vurduğu zərbələr sayəsində mümkün olub.

Londonda yerləşən Suriyada insan haqları monitorinq mərkəzinin məlumatına əsasən, qoşunlar və onlara dost qruplar Rusiya aviasiyasının dəstəyi ilə Qab vadisində güclü hücuma başlayıblar.

Bu rayon Rusiya hərbi kontingentinin yerləşdiyi Latakiya əyalətini Bəşər Əsədin rəqiblərinin nəzarət etdiyi İdlib və Ham əyalətindən ayırır.

Silahlı müxalifət Qab vadisinə Latakiyaya hücum meydanı kimi baxırdı.

Bu ilin başlanğıcından orada döyüşlər gedir.

www.yenicag.az

209