Suriya Silahlı Qüvvələrinin Komandanlığı İdlibdə atəşi dayandırmağa razılıq verib.
Yenicag.az xəbər verir ki, bu barədə hərbi nümayəndə “SANA” agentliyinə deyib.
Nümayəndə bildirib: “Suriya ordusu şimali deeskalasiya zonasında şənbə günü 07:00-dan sonra atəşi dayandıracaq, lakin terrorçular tərəfindən atəşkəs rejimi pozularsa ordu buna cavab verəcək”.