!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya rejiminin qandonduran işgəncələri: Diri-diri yandırma, təcavüz...

!Reklam – Yazi

“New York Times” qəzeti 8 ildir müharibənin davam etdiyi Suriyadan əldə etdiyi sənədləri, qurbanlar və onların ailələri ilə reportajlarla rejimin gizli həbsxanalarında məhbuslara edilən işgəncələri ortaya çıxarıb.

Yenicag.az xəbər verir ki, rejimə qarşı etiraz aksiyalarında iştirak edən Muhənnad Qabbaj adlı hüquq fakültəsinin tələbəsi həbs edildikdən sonra saatlarla biləklərindən asılı vəziyyətdə qaldığını, ona elektrik cərəyanının verildiyini və daha sonra Şamda aparıldığı başqa bir yerdə digər məhbuslarla köpək kimi hürməyə məcbur edildiyini, etmədikdə isə döyüldüklərini deyib.

Ailəsinə zərər gələcəyindən qorxaraq adını verməyib özünü Xəlil kimi təqdim edən başqa bir şəxs isə həbsxanada bir nəfərin üstünə benzin tökülərək diri-diri yandırıldığının şahidi olduğunu deyib.

Yaralanan etirazçılara kömək etdiyi və müxaliflərə dərman tədarük etdiyi üçün həbs olunan Məryəm Xəlif isə ona həbsdə təcavüz edildiyini bildirib.

Suriya İnsan Haqları Qurumunun təqdim etdiyi məlumatda gizli həbsxanalarda 128 min nəfərin itkin düşdüyünə, bu insanların öldürülmə ehtimalının yüksək olduğuna, təqribən 14 min nəfərin işgəncə nəticəsində öldüyünə də diqqət çəkilir.

Aqil Bəkir

www.yenicag.az

5901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv