!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriya triosu”nun gələcəyi: Moskva-Ankara-Tehran əməkdaşlığı davam edəcək?

!Reklam – Yazi

“İdlib üzərində nəzarətin bərpasından sonra Rusiya Türkiyədən Suriyanın şimalından çıxmağı tələb edəcək”.

Yenicag.ru-nun ekspertləri Rusiya, Türkiyə və İran prezidentlərinin Tehran görüşünü, Suriyanın İdlib bölgəsinin gələcəyini və Moskva-Ankara-Tehran əməkdaşlığının perspektivini şərh ediblər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Beynəlxalq Siyasi Proseslər kafedrasının doktorantı Mehmet Əmin İkbal Dürre:

İkbal Dürre
İkbal Dürre

“Məncə, Vladimir Putin məsələni bu şəkildə qoyub ki, İdlibdəki döyüşçülər ya silahı yerə qoymalıdırlar, ya da ki onlara qarşı irimiqyaslı əməliyyat qaçılmazdır. Rəcəb Tayyib Ərdoğan isə çalışır ki, vaxtı uzatsın və İdlibdəki döyüşlər Türkiyəyə “sıçramasın”. Türkiyənin mövcud durumunda İdlibdə irimiqyaslı hərbi əməliyyatların başlaması Ankaraya qətiyyən lazım deyil.

Ərdoğan onu da başa düşür ki, İdlib Rusiyanın köməyi ilə Bəşər Əsədin nəzarətinə keçdikdən sonra, Putin Ankaradan Suriyanın şimalından çıxmağı tələb edəcək. Ona görə də Türkiyə İdlibdə hərbi əməliyyatın əleyhinə çıxır”.

Rusiyalı siyasi təhlilçi Pavel Klaçkov:

Pavel Klaçkov
Pavel Klaçkov

“Rusiya, Türkiyə və İran prezidentlərinin görüşünün baş tutması və birgə bəyannamənin qəbul edilməsi də bu ölkələr arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını göstərir. Bu ölkələr regionda sabitliyin qorunmasında əsas qüvvələrdir.

Mən görürəm ki, Suriyada situasiya üzərində nəzarətdə Rusiyanın payı çoxdur. Aydındır, İdlib məsələsində Rusiya, Türkiyə və İranın ümumi mövqeyinin işlənib hazırlanması zəruridir. Bu mövzuda Putin də Ərdoğanla razılığını bildirib ki, terrorçular danışıqlarda tərəf deyillər və onların əldə edilmiş anlaşmaları pozmaları tamamilə realdır.

Suriyadakı vəziyyətlə bağlı AMNŞ-ın mövqeyi isə xaotik xarakter daşıyır. ABŞ psixoloji müharibənin ən alçaq formalarına və müxtəlif təxribatlara əl atmaqdan çəkinmir.

Vaşinqton Suriyada yürütdüyü siyasətlə heç nəyə nail ola bilmədiyi üçün o ölkədə Rusiya ilə İranın fəaliyyətinə hər vəchlə mane olmağa çalışır.

Eyni zamanda, hesab edirəm ki, artıq Suriyanın parçalanması prosesinin qarşısı alınıb. Ona görə də, Putin və Ərdoğan arasında müəyyən ziddiyyətlərə baxmayaraq, danışıqların aparılması üçün platforma artıq movcuddur və ümumi dil tapmaq mümkündür”.

SASAM Strateji Tədqiqatlar Mərkəzinin analitiki Süleyman Erdem:

Süleyman Erdem
Süleyman Erdem

“İdlib məsələsinin sülh yolu ilə həll olunması Türkiyə üçün həyati əhəmiyyət daşıyan məsələdir. Hazırda İdlib, Türkiyənin və YPG-PYD-nin əlindəki ərazilər Əsədin nəzarətində olmayan son bölgələrdir. İdlibin radikal quplaşmalardan azad edilməsindən sonra nə onlar, nə də YPG-PYD terrorçuları Türkiyə üçün təhlükə törətməyəcəklər. Ankaranın əsas məqsədi sərhədlərindəki vəziyyətin normallaşması və Suriyalı qaçqınların öz ölkələrinə qayıtmasıdır”.

Nikolay Spiridonov
Nikolay Spiridonov

Ukraynalı politoloq Nikolay Spiridonov:

“Dünyada SSRİ-nin süqutundan sonra formalaşan birqütblü sistem artıq dağılmaqdadır. ABŞ-ın qəzəbinə tuş gələn Rusiya, Türkiyə, İran kimi ölkələr öz səylərini birləşdirərək, maraqlarının müdafiəsinə qalxıblar. ABŞ Suriya müharibəsində artıq uduzub və onun Bəşər Əsədi devirmək imkanı yoxdur. Bu isə ABŞ-ın reputasiyasına ciddi zərbədir. Amerika Suriyada digər ölkələri təcrid vəziyyətinə salmağa çalışsa da, əksinə, bununla öz durumunu daha da ağırlaşdırır. Ona görə də, ABŞ-la qarşıdurmaya gedən dövlətlərin sayı sürətlə artır”.

Rusiyalı ekspert Mixail Neyjmakov:

Mixail Neyjmakov
Mixail Neyjmakov

“Prezidentlərin Tehran görüşündən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etdi ki, Ankaranın əsas məqsədi İdlibə hücumu dayandırmaqdır. Böyük ehtimalla, Tehran görüşündən sonra Rusiya və İran rəhbərləri İdlib məsələsində ümumi dil tapmaq üçün Türkiyəli həmkarları ilə təmasları davam etdiriblər. Ancaq hazırda ABŞ-la münasibətlərin gərginliyi Türkiyənin manevr imkanlarını müəyyən qədər məhdudlaşdırıb. Ərdoğan bu məqamı nəzərdə tutaraq, ABŞ-la Mənbic üzrə əldə olunmuş razılaşmanın reallaşmasında problemlərin yarandığını vurğulamışdı. Bu, bir daha təsdiqləyir ki, NATO üzrə iki müttəfiqin münasibətləri hələ də gərgindir.

Eyni zamanda, Türkiyə Rusiya və İranla ümumi razılığa gəlməsə, onun ABŞ-la danışıqlarda mövqeyi kifayət qədər zəif olacaq”.

Hazırladı Qafqaz Ömərov

www.yenicag.az

2532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv