!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya üçün “Barış pınarı”: “Türkiyə bu əməliyyatı da uğurla başa çatdıracaq” - VİDEO

!Reklam – Yazi

“Türkiyənin yeni əməliyyata başlaması regionda maraqları toqquşan ölkələri belə həmrəyliyə məcbur edib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin ötən gün Suriyanın şimalında başladığı “Barış pınarı” əməliyyatının doğurduğu reaksiyanı dəyərləndirən politoloq Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlunun fikrincə, regionda yaranmış vəziyyət Türkiyəyə bu əməliyyata başlamaqdan özgə yol saxlamayıb:

“Türkiyə bundan əvvəl “Fırat Qalxanı” və “Zeytun dalı” əməliyyatlarını həyata keçirərək, qarşıya qoyulan məqsədə nail oldu. Bu isə regionda müxtəlif maraqları olan digər güclərin narahatlığını daha da gecləndirdi.

Məhz buna görə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Barış pınarı” əməliyyatının başladığını elan etdikdən sonra bu etirazlar daha kəskin xarakter aldı.

Diqqət edirsinizsə, Türkiyənin yeni əməliyyata başlaması regionda maraqları toqquşan ölkələri belə həmrəyliyə məcbur edib.

Yəni Türkiyənin Suriyada yeni əməliyyata başlaması və ona təhdid yaradan bir çox amilləri sıradan çıxarmaq cəhdi həmin ölkələrə qətiyyən sərf etmir. Nəzərdə tutulan dövlətlər Türkiyənin üzləşdiyi problemləri ardıcıllıqla həll etməsində maraqlı deyillər.

Türkiyənin bu əməliyyatı başlamasında başqa yolu yox idi. Türkiyənin milli, dövlət, geosiyasi maraqları və oturuşmuş Yaxın Şərq siyasəti var. Bütün bu amillər birmənalı şəkildə tələb edir ki, Türkiyə ən azı özünə qarşı olan təhdidləri aradan qaldırsın, İraqın və Suriyanın şimalında mövqeyini möhkəmlənsin.

İraqın və Suriyanın şimalında möhkəmlənmək üçün Türkiyə həm hərbi əməliyyatlar aparır, həm də həmin ölkələrdə müəyyən rıçaqlar əldə edir. Azad Suriya Ordusundan sonra digər müxalif birləşmələrin də Türkiyənin tərəfinə keçdiklərini bəyan etmələri, həmin əməliyyatda iştirak edəcəklərini bildirmələri çox ciddi məqamdır.

Ancaq bütün əks-reaksiyalara baxmayaraq, Türkiyənin “Barış pınarı” əməliiyyatını da uğurla yekunlaşdıraraq, qarşıya qoyulan məqsədlərə nail olacağı şübhə doğurmur”.

Politoloq Türkiyənin “Barış pınarı” əməliyyatına başlaması ilə fakt qarşısında qalan ABŞ-ın yaranmış situasiyada sərgilədiyi davranışları belə şərh edib:

“Bu, əlbəttə ki, səbəbsiz deyil. Həm İraqda, həm də Suriyada fəaliyyət göstərən separatçı kürd qruplaşmalarından müəyyən məqsədlər üçün istifadə edilib və edilməkdədir. Burada PKK və onun qolları olan PYD ilə YPG-dən söhbət gedir. Bu terror qruplşmalarının hər birindən müxtəlif ölkələrin kəşfiyyat orqanları öz maraqları üçün yararlanırlar.

Yaxın Şərqdə baş verən proseslər fonunda həmin qruplaşmalar ABŞ üçün təbii müttəfiqə çevriliblər. Aydındır ki, ABŞ bu təbii müttəfiqlərinin Türkiyənin sarsıdıcı zərbələri altında qalmasını istəməz. Xatırladaq ki, ABŞ vaxtilə Türkiyəni “Fırat Qalxanı” və “Zeytun dalı” əməliyyatlarından çəkinməyə çağırırdı.

“Barış pınarı” əməliyyatı ərəfəsində də ABŞ tərəfindən maraq və təəccüb doğuran müəyyən addımların şahidi olduq. Amerika bir tərəfdən qoşunlarını Suriyanın şimalından çıxarmaq qərarı verir, digər tərəfdən isə bölücü kürd qruplaşmalarının “biz başqa dövlətlərdən yardım istəyəcəyik” bəyanatlarına loyal münasibət sərgiləyir. Amma fakt faktlığında qalır ki, ABŞ kürd qruplaşmalarına həm hərbi, həm siyasi, həm də lojistik dəstəyini əsirgəmir”.

Zifəroğlunun sözlərinə görə, Türkiyənin ABŞ-ın dəstəklədiyi kürd qruplşmalarına qarşı əməliyyata başlaması İran və Rusiya faktorunu da qabardır:

“İraqda və Suriyada gedən son proseslərə diqqət yetirək. O prosesləri bir istiqamət üzrə təhlil etmək doğru deyil – çünki Yaxın Şərqdə cərəyan edən proseslər bir-biri ilə zəncirvari surətdə bağlıdır. Məsələyə həm də İraqda baş verən son etirazlar fonundan baxmaq lazımdır. Təəssüf ki, Azərbaycan mediası İraqda baş verənləri ancaq iqtisadi problemlər və müxalif düşərgənin narazılığı kimi təqdim edir.

Ancaq İraqda baş qaldıran etirazların başlıca səbələrindən biri də İranın ölkədəki təsirinin artmasından irəli gələn narazılıqdır. Hətta aksiyaların birinci günü etirazçılar “Tehran Bağdaddan əlini çək” şüarı səsləndirdilər. Burada söhbət sırf İran faktoruna qarşı narazılıqdan gedir. ABŞ-ın İraq siyasətində konkret 4 nöqtə var ki, onlardan biri də İranın Yaxın Şərqdən sıxışdırılıb çıxarılmasıdır.

Hazırda bunu İraqda bariz şəkildə görməkdəyik. ABŞ eyni proseslərin Suriyada da başlamasına çalışır. Çünki İran Suriyada İran qədər güclənib. Sirr deyil ki, bu gün Əsədin iqtidarda qalması İranla Rusiyanın dəstəyi sayəsindədir. ABŞ-ın Suriyadan çıxmaq qərarı isə əslində, sanki Türkiyəni İranla üz-üzə qoymaq məqsədindən qaynaqlanır.

Məıumdur ki, Moskva, Ankara və Tehran arasında yaranan Yaxın Şərq üzrə əməkdaşlıq xarici amillərin diqtəsidir. Yəni bu, bir çox prinsipial məsələlərdə mövqeləri toqquşan üç ölkənin məcburi işbirliyidir. Bu əməkdaşlığın formalaşması həm də Qərb ölkələrinin Suriya məsələsində tutduqları mövqedən qaynaqlanır.

İndi ABŞ geri çəkilərək, Türkiyəni kürd qruplaşmaları üz-üzə gətirmək görüntüsü yaratmağa çalışır. Reallıqda isə Türkiyənin məhz qarşı-qarşıya gəlməsi təsəvvürü formalaşır. Son günlər İranın İraq və Türkiyə ilə sərhədddə hərbi təlimlərə başlaması da diqqətdən kənar qalmamalıdır”.

“Barış pınarı” əməliyyatının uğurla nəticələnəcəyinə şübhə etməyən hərbi ekspert Tərlan Eyvazovun sözlərinə görə, Azərbaycan bu məsələdə qardaş Türkiyəyə mənəvi dəstəyini ifadə etməlidir:

“Barış pınarı” Türkiyənin Suriyada həyata keçirdiyi üçüncü hərbi əməliyyatdır. Bundan əvvəl keçirilən “Fırat Qalxanı” və “Zeytun dalı” əməliyyatlarından sonra “Barış pınarı”na start verilməsi Türkiyənin öz təhlükəsizlik məsələlərinə çox ciddi yanaşdığını göstərir.

Düşünürəm ki, Türkiyə ötən əməliyyatlar kimi, “Barış pınarı”nı da nəzərdə tutulan müddətdə uğurla yekunlaşdıracaq. Əməliyyatın uğurla nəticələnməsi Türkiyənin bu addımına qarşı çıxan bəlli dövlətlərin bır sıra planlarını da puça çıxaracaq.

Azərbaycan hər zaman olduğu kimi, indi də qardaş Türkiyənin yanında olmalı, mənəvi dəstəyini bəyan etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv