Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatacaq, beşinci raund isə martın 20-da keçiriləcək.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.
“BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura hazırkı raundu martın 3-də bitirməyi planlaşdırır. Növbəti görüşün keçirilməsi martın 20-ə planlaşdırılır. Dördüncü raundun son görüşləri martın 3-4-də başa çatacaq.”, məlumatda qeyd olunur.
Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqlar davam edir.
Yeniçağ.Az