Suriya tarixində yeni səhifə açılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, üsyançı qrupların Dəməşqi ələ keçirməsi ilə ölkə tarixində yeni səhidə başlayıb.
Nazirlik bütün suriyalıların maraqları naminə işləməyə davam edəcəyinə söz verib: “Bu gün Suriya tarixində yeni bir səhifə görürük, biz suriyalılar arasında maneələr yaratmaq əvəzinə onları birləşdirəcək bir nizamnamə hazırlamalıyıq. Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək”.